Füzulidə 20 hektar biçilmiş taxıl sahəsi yandı
07 iyul 2017 21:25 (UTC +04:00)

Füzulidə 20 hektar biçilmiş taxıl sahəsi yandı

0

Füzulidə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində sərhəd zolağı boyunca kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

 

Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 16:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar