Füzulidə partlamamış hərbi sursat tapılıb
06 iyul 2017 18:47 (UTC +04:00)

Füzulidə partlamamış hərbi sursat tapılıb

0

İyulun 6-da  saat 14:56-da Daxili İşlər Nazirliyinin ″102″Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Araz Yağlıvənd kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

 

ANAMA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz-Bakı avtomobil yolunun həmin kənddən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb.

 

Aşkar olunmuş partlamış raket qalıqlarının ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar