Gəncənin icra başçısının səhhətində problem yaranıb
12 fevral 2013 21:24 (UTC +04:00)

Gəncənin icra başçısının səhhətində problem yaranıb

0

Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti pisləşib.

Bu xəbəri mia.az-a verən məlumatlı şəxsin iddiasına görə, bu gün Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb: «Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq, təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi ilə Elmar Vəliyev özünə gəlib. Amma ayılandan sonra da onun səhhəti qaydasında olmayıb. Yaxınlarının köməyi ilə zaldan çıxarıldı. Ola bilər ki, oradan Gəncəyə deyil, xəstəxanaya aparıldı».

Mia.az məsələyə E. Vəliyevin münasibətini öyrənməyin mümkün olmadığını qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3163

Oxşar yazılar