Gəncənin yeni Gəncə qəsəbəsində yerləşən çay evi yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nən qərb bürosuna verilən məlumata görə, bu gün saat 20.57 radələrində Gəncənin tanınmış çay evində yanğın başlayıb. Məlumata görə yanğının sahəsi genişdir və ora ikinci dərəcəli çağırış elan edilib. Yanğın baş verən ərazidə 8 yanğınsöndürən avtomobil işləyib. Yanğının baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat verilmir.
Alovun ətrafa yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb.