Gəncədə gül mağazasının işçiləri döyüldü
03 iyul 2017 22:36 (UTC +04:00)

Gəncədə gül mağazasının işçiləri döyüldü

0

Gəncədə gül mağazasında işləyən iki qardaş döyülüb.

 

Hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, şəhərin Şeyx Bahəddin küçəsində olan “Ağ çiçəyim” gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər. Yaralılar xəstəxanaya aparılıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar