Gəncədə kişi keçmiş arvadını bıçaqladı
19 dekabr 2017 21:46 (UTC +04:00)

Gəncədə kişi keçmiş arvadını bıçaqladı

0

Gəncədə bıçaqlanma olub. APA-nın verdiyi məlumata görə, şəhər sakini 1999-cu il təvəllüdlü Ələsgərova Sevinc Telman qızı çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bir azyaşlı övlad anası olan S. Ələsgərova bir il əvvəl boşandığı həyat yoldaşı tərəfindən işlədiyi marketdə bıçaqlanıb. Məlumata görə, cinayət törədən şəxs artıq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar