Gəncədə avtomobil piyadanı vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 1-ci mikrorayonunda baş verib.
“VAZ 21 011” markalı minik avtomobili şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədov Allahverdi oğlunu vurub.
Xəsarət alan şəxs xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
A.Məmmədovun polis əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.