Gəncənin Kəpəz rayonuna yeni polis rəisi təyin olundu
10 fevral 2018 20:15 (UTC +04:00)

Gəncənin Kəpəz rayonuna yeni polis rəisi təyin olundu

0

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

 

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1501

Oxşar yazılar