Goranboy rayonunda yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, rayonun Xoylu kəndində ümumi sahəsi 225 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin tavanı 60 m2 sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik tövlə yanğından mühafizə olunub.