Göyçayda avtoqəza: iki nəfər xəsarət alıb
20 fevral 2013 20:58 (UTC +04:00)

Göyçayda avtoqəza: iki nəfər xəsarət alıb

0

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsindəki işıqforun yanında qeydə alınıb. 1990-cı il təvəllüdlü Quliyev Məhəmməd Yaqub oğlunun idarə etdiyi 23-BG-227 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən 1983-cü il təvəllüdlü Hüseynov Bəşir Əhədov oğluna məxsus 10-GE-607 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Göyçay rayon Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 725

Oxşar yazılar