Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib
14 iyun 2013 01:36 (UTC +04:00)

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib

İyunun 13-də azərbaycanlılar Marneuli rayonunun Təkəli kəndində bir saatlıq etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər kənddə mədəniyyət evinin, illərlə içməli su, tibb məntəqəsi olmamasından, kənddə sosial proqramların həyata keçirilməməyindən şikayətləniblər. Aksiya iştirakçıları qeyd ediblər ki, onları narahat edən problemlərin həlli barədə keçmiş hakimiyyətdən dəfələrlə tələb etsələr də onların tələbinə diqqət verən tapılmayıb. Təkəli sakinləri eyni tələbləri yeni hakimiyyətin qarşısında da qaldırıb. Lakin hələlik təkəlilərin problemləri həll olunmur. Sakinlərin dediyinə görə, onlar 500 ev olan və 2.500 nəfər əhali yaşayan Təkəli kəndindəki həyətyanı sahələrdə qazılan artezian quyularından su içirlər, lakin bu da tibbi nöqteyi-nəzərdən sağlamlığa zidd içməli su kimi müəyyənləşdirilib. Bu da sakinlər arasında böyrək, qaraciyər, boğaz uru xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

 

Aksiyada kəndin gəncləri də iştirak edib. Onlar kənddə idman meydançasının, iş yerlərinin olmamağı, idmanın inkişaf etdirilməməsi barədə etirazlarını bildiriblər. Etiraz aksiyasının iştirakçıları qeyd olunan problemlər barədə Marneuli rayon icra hakimiyyətinə və Gürcüstanın yeni hakimiyyətinə müraciət edəcəklərini bildiriblər. 

# 602
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20