Hərbi hissə komandiri yol qəzasında öldü
13 dekabr 2012 18:59 (UTC +04:00)

Hərbi hissə komandiri yol qəzasında öldü

0

Azərbaycanda baş verən ağır yol qəzasında daha bir polkovnik xəsarət alıb

 

Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 13-də saat 15.00 radələrində Masallı-Boradigah şosesinin rayonun Qızılavar kəndindən keçən hissəsində qeydə alınıb.

 

“Hyundai” markalı, 90 RG 816 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılması nəticəsində avtomobildəki zabitlərdən biri - N saylı hərbi hissəsinin komandiri, polkovnik Vasif Şükür oğlu İmanov hadisə yerindəcə dünyasını dəyişib. Digər hərbi qulluqçu polkovnik Əkrəm Hümmət oğlu Gözəlov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Avtomobili onlardan hansının idarə etdiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırmalara başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1486

Oxşar yazılar