Hərbi hissənin qazanxanasında yanğın: iki əsgər yaralandı
14 aprel 2013 21:59 (UTC +04:00)

Hərbi hissənin qazanxanasında yanğın: iki əsgər yaralandı

0

Bu gün axşam saatlarında Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin qazanxanasında yanğın baş verib.

 

APA-nın Qarbağ bürosunun məlumatına görə, hərbi hissənin əsgərləri, Binəqədi rayon hərbi komissiralığından həqiqi hərbi xidmətə çağırılmış Musazadə Natiq və Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Xaliq Bayramov yanıq xəsarətləri ilə Ağcabədi rayonundakı hospitala yerləşdiriliblər.
 

Hər iki əsgərin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1293

Oxşar yazılar