Hərəkətdə olan maşından yıxılıb öldü
04 iyul 2017 11:44 (UTC +04:00)

Hərəkətdə olan maşından yıxılıb öldü

0

İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 3-də İmişli rayonunun Boşçallar kəndində kənd sakini Taleh Süleymanovun idarə etdiyi "QAZel" markalı avtomobilin yük yerində olan sərnişini, həmkəndlisi Qərib Qocayev ehtiyatsızlığı nəticəsində yıxılıb. Q.Qocayev hadisə yerində ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar