Meksikada heyvanlarla pis davranan və öldürənlərin azadlıqdan mərhum edilməsini nəzərdə tutan qanun qəbul edilib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, parlamentdə yekdillikə qəbul edilən qanun heyvanlara qəsdən zərər verənlər 2 il azadlıqdan mərhum ediləcək, ya da 500 dollar cərimə ödəyəcək.
Heyvanları öldürənləri isə 4 il azadlıqdan mərhum ediləcək, əlavə olaraq 2 min dollar da cərimə verməli olacaq. Qanunda qeyd edilir ki, ənənəvi olaraq insanlar tərəfindən ətindən istifadə edilən heyvanlar da işgəncə vermədən və mümkün olan ən sürətli şəkildə öldürülməlidir.