İki ev yandı
14 iyul 2017 01:56 (UTC +04:00)

İki ev yandı

0

Ötən axşam respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.  Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün  yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin  tavanı  20 m2 sahədə, 1 ədəd ”Samsung” markalı soyuducu və 1 ədəd aspirator yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar