Təmir etdiyi yük avtomobilinin təkəri altında qalaraq öldü
02 sentyabr 2013 16:54 (UTC +04:00)

Təmir etdiyi yük avtomobilinin təkəri altında qalaraq öldü

Sentyabırın 1-də İmişli rayonu Çaxırlı kəndinin ərazisində Sarxanlı kənd sakini Şükür Əliyev “Shacman” markalı avtomaşını təmir edərkən avtomaşın hərəkətə gəlib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şükür Əliyev təkərin altında qalaraq ölüb.      

 

Araşdırma aparılır.

 

# 751
avatar

Oxşar yazılar