İngiltərə futbolunda maraqlı yenilik
31 iyul 2017 22:36 (UTC +04:00)

İngiltərə futbolunda maraqlı yenilik

0

2017/18 mövsümündə İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq.

 

Apasport.az saytının məlumatına görə, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.

 

Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.

 

Bu üsulu tennisdəki tay-brekə də bənzətmək olar.

 

Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar