İntihara cəhdlə bağlı FHN məlumat yayıb
15 yanvar 2014 20:49 (UTC +04:00)

İntihara cəhdlə bağlı FHN məlumat yayıb

0
Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 15-də Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda bir nəfər intihara cəhd edib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs  intihar etmək məqsədilə özünü onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından aşağı atıb və binanın 2-ci mərtəbəsinin eyvanının damına düşüb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi aşağı endirərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib. Əməliyyat saat 17:54-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1085

Oxşar yazılar