İtkin düşən kişi bulvarda intihar edibmiş
21 fevral 2013 15:50 (UTC +04:00)

İtkin düşən kişi bulvarda intihar edibmiş

0

 

Fevralın 20-də Bakı bulvarında intihar etmiş kişinin şəxsiyyəti müəyyənləşib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ölən şəxsin Bakı şəhər Xətai rayonu, K.Kərimov küçəsi 35/34 ünvanında yaşayan 1932-ci il təvəllüdlü Bayramov Vəli Nemət oğlu olması məlum olub.

 

Qeyd edək ki, V.Bayramovun oğlu Altay Bayramov fevralın 22-nə keçən gecə Xətai rayon Polis İdarəsi, 37-ci Polis Bölməsinə müraciət edərək atasının itkin düşdüyünü bildirib. Bundan sonra axtarışa başlanılıb və məlum olub ki, 81 yaşlı paytaxt sakini intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1567

Oxşar yazılar