İtkin düşmüş ata ilə 4 yaşlı oğlunun meyiti tapıldı
24 fevral 2013 12:44 (UTC +04:00)

İtkin düşmüş ata ilə 4 yaşlı oğlunun meyiti tapıldı

0

Sabirabadda itkin düşmüş ata və oğulun meyiti tapılıb.

 

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Prokurorluğundan məlumat verilib. Xəbərə görə, bu gün saat 11.00 radələrində ata və oğulun meyiti əvvəllər Kür çayının məcrası olmuş və sonradan su çalasına çevrilmiş gölməçədən tapılıb. 

 

Hazırda cəsədlər Sabirabad rayon Xəstəxanasının morqunda müayinə edilir. Hələlik  hadisənin başvermə səbəbi bəlli deyil.

 

Qeyd edək ki, Sabirabad şəhər sakini, Vidadi küçəsi, dalan 1, ev 4-də yaşayan 1974-cü il təvəllüdlü Həsənov Fuad Yusif oğlu 30 yanvar 15:00 radələrində 4 yaşlı oğlu Elxanla evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3064

Oxşar yazılar