
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satanda cinayət başında yaxalanıb.
Şəxsi axtarış zamanı ondan əlavə 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

CHP sədrinə hücum edən həbs olundu
6 may 2025 , 14:58
Bakıda telefon oğurları PEYDA OLDU: "olar telefonunuzla zəng edim?"
6 may 2025 , 14:24
Keçmiş deputat küçədə öldü
6 may 2025 , 14:10
Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ
6 may 2025 , 13:30
Ağ Şəhərdə 65 yaşlı fəhlə binadan yıxılıb öldü
6 may 2025 , 13:28
Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 11-ci mərtəbədən atdı
6 may 2025 , 13:00
Bakıda "Prius" "KaMAZ"la toqquşdu, ölən və yaralananlar var
6 may 2025 , 11:10