Zərdabda oğurluq edən şəxs saxlanılıb
Lent.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Tural Ağayev saxlanılıb. Həmin şəxs evə pəncərədən daxil olaraq oradan 5000 dollar və 400 manat oğurlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.