45 ildir yayın dəyişməyən hiti : Bu mahnı hələ də zirvədədir
06 iyul 2026 13:21 (UTC +04:00)

45 ildir yayın dəyişməyən hiti: Bu mahnı hələ də zirvədədir

0

1982-ci ildə ABŞ-ın qadınlardan ibarət rok qrupu The Go-Go's tərəfindən ifa olunan "Vacation" mahnısı yay mövsümününn ən çox dinlənilən hitlərindən biri olaraq qalır.

Lent.az "Parade" jurnalına istinadla xəbər verir ki, mahnı təxminən 45 il sonra da "bütün zamanların ən yaxşı yay rok mahnıları" siyahısında yer alır.

Bu mahnı qrupun 1980-ci illərin əvvəllərində qazandığı uğurun möhkəmlənməsində mühüm rol oynayıb və onların pop-rok tarixində özünəməxsus yer tutmasına kömək edib. 2022-ci ildə Rolling Stone tərəfindən hazırlanan reytinqdə "Vacation" doqquzuncu pillədə qərarlaşıb. "Vacation" eyniadlı albomun əsas mahnısı kimi təqdim olunub və dövrünün pop-rok ruhunu əks etdirən ən uğurlu nümunələrdən birinə çevrilib. Mahnıda "tətil" anlayışı ayrılıqdan sonra hissləri geridə qoymaq və yeni həyata başlamaq üçün metafora kimi istifadə olunur. Mahnının uğuru onun enerjili melodiyası, dinamik ritmini xatırladan gitara səsləri ilə əlaqələndirilir. Bununla yanaşı, ilk baxışda şən görünən əsərin arxasında daha dərin emosional məna gizlənir. Şəxsi və emosional mövzuya baxmayaraq, "Vacation" qrupun ən böyük kommersiya uğurlarından birinə çevirilib. Mahnı ABŞ-ın Billboard Hot 100 hit-paradında səkkizinci pilləyə qədər yüksəlib və qrupun dağılmasından əvvəl "Top 10"-a daxil olub.

İllər keçdikcə mahnı yenidən populyarlıq qazanaraq filmlərdə və seriallarda da səslənməyə başlayıb. O, "Spider-Man: Far From Home" və "Brooklyn Nine-Nine" kimi ekran işlərində istifadə olunub və bunun sayəsində yeni nəsil dinləyicilər tərəfindən də kəşf edilib.

Billboard isə "Vacation" mahnısını çimərlikdə keçən sakit yay günləri üçün ideal musiqi adlandırıb. Elə buna görə də mahnı bu gün də yay səyahətləri, gəzintilər və sosial şəbəkə paylaşımları üçün hazırlanan pleylistlərdə tez-tez yer alır. 2021-ci ildə The Go-Go's "Rock and Roll Hall of Fame Induction Ceremony" mərasimində "Vacation" mahnısını canlı ifa edib.

Bu mahnı göstərir ki, ayrılıq və kədərdən ilham alan bir əsər belə illər keçsə də, bütün dünyada sevilən və hər yay yenidən dinlənilən klassik hitə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar