Lökbatanda müdhiş cinayət-TƏFƏRRÜAT
30 mart 2013 11:07 (UTC +04:00)

Lökbatanda müdhiş cinayət-TƏFƏRRÜAT

0

 

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bayram Əliyev qayınatası Tofiq Həsənovu bıçaqla qətlə yetirəndən sonra onu tək basdırmayıb. Məlumata görə, B.Əliyev qayınatasını öldürdükdən sonra ona qayınanası Həsənova Dilbər Əşrəf qızı kömək ediblər. Qaynana və kürəkən birgə 50 yaşlı kişini basdıraraq izi itirməyə çalışıblar.

***

 
Bakıda kürəkən qayınatasını qətlə yetirib.

 

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 28-də, Lökbatan qəsəbəsi 5-ci  massiv, ev 38 ünvanında baş verib. Yardımlı rayon sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bayram Təvəkkül oğlu Əliyev qayınatası, Lökbatan qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Tofiq Əziz oğlu Həsənovu bıçaqlayaraq qətlə yetirib.

 

 

B. Əliyev hadisəni törədəndən sonra qayınatasının meyitinin həmin ünvanda yerləşən evin həyətində basdırıb. Martın 30-da həmin meyit aşkarlanaraq eksqumasiya edilib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120. 1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5031

Oxşar yazılar