Lənkəranda vurulan piyadanın kimliyi bilindi - YENİLƏNİB
09 iyul 2017 22:53 (UTC +04:00)

Lənkəranda vurulan piyadanın kimliyi bilindi - YENİLƏNİB

0

Lənkəranda avtomobil vuran piyadanın kimliyi məlum olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə,  bu, rayonun Digah kənd sakini Sahil Sərhəng oğlu Həmdəmovdur. Hazırda yaralı reanimasiya şöbəsində ağır vəziyyətdədir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

 

Lənkəranda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Lənkəran rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hələ ki şəxsiyyəti məlum olmayan yaşlı kişi yolu keçmək istəyərkən  “KİA”markalı avtomobil tərəfindən vurulub.

 

Yaralı sürücü tərəfindən  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Hazırda reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar