Lənkəranda mina təhlükəsi
26 noyabr 2017 03:57 (UTC +04:00)

Lənkəranda mina təhlükəsi

0

Noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Quşqara kəndi ərazisində 1 ədəd minanın olması  barədə məlumat daxil olub.

 

Lent.az-ın ANAMA-ya istinadən verdiyi xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

 Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qoşqar çayının sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən mina və partlamamış hərbi sursat aşkar edilməyib, 1 ədəd əleyhqazın hissəsi aşkar edilərək götürülüb.

 

Aşkar olunmuş əleyhqazın hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar