Lent.az yazdı, APA TV çəkdi, Dərbənd meri hərəkətə keçdi
30 aprel 2013 10:45 (UTC +04:00)

Lent.az yazdı, APA TV çəkdi, Dərbənd meri hərəkətə keçdi

Nizaminin Dərbənddəki heykəli təmir olundu, “7 gözəl kompleksi” boyadan təmizləndi, parkda abadlıq işlərinə başlandı

 

“Dərbənddə Nizaminin heykəli və “7 gözəl kompleksi” tam təmir olunub. Heykəlin sınmış hissəsi bərpa edilib, kompleksin üzərinə atılmış boya təmizlənib”. Bu barədə lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Hacıəliyev məlumat verib.

 

Məlumata görə, lent.az və APA TV-də gedən yazı və süjetlər Dərbənd rayon adminstrasiyasının rəhbəri İmam Yarəliyevin diqqətinə çatdırılıb. Şəhər meri abidə və kompleksin qaydaya salınması barədə göstəriş verib. Bundan başqa Nizaminin adını daşıyan parkda iməcilik keçirilib. Park alaq otlarından təmizlənib, orada güllər əkilib.

Hətta qərara alınıb ki, parkda uşaqların dincəlməyi üçün karusellər, attraksionlar quraşdırılsın.

 

Xatırladaq ki, bir qədər əvvəl Dərbənddə Nizaminin adını daşıyan parkda şairin heykəli və yaxınlıqdakı “7 gözəl kompleksi” təhqir olunmuşdu.

 

Bu vandalizm aktı barədə ilk olaraq lent.az xəbər yaymışdı. Hadisədən xəbər tutan kimi APA TV-nin əməkdaşları Dərbənddə olmuş, bu barədə xüsusi süjet hazırlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770

Oxşar yazılar

Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28