Masallı rayonunun Kalinovka kəndində traktorun 2 qoşqusunun yanar hissələrini alov bürüyüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, eyni zamanda, traktorun qoşqularına yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.
Traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.