İş müsahibəsinə avatarını göndərdi - Biabır oldu
07 noyabr 2026 19:08 (UTC +04:00)

İş müsahibəsinə avatarını göndərdi - Biabır oldu

0

İş müsahibəsinə öz yerinə rəqəmsal avatar göndərən amerikalı komikin təcrübəsi gülməli nəticələnib. Qarşı tərəfdə də süni intellektin olduğu görüşdə proqramlar söhbətin sonunda bir-biri ilə sağollaşmağı dayandıra bilməyiblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Qrem adlı şəxs işə qəbul prosesini avtomatlaşdırmaq üçün Viktor adlı rəqəmsal avatarını onlayn müsahibəyə göndərib.

Söhbət zamanı Viktor namizədin peşəkar nailiyyətləri və rəhbər vəzifələrdə iş təcrübəsi barədə həqiqətə uyğun olmayan məlumatlar səsləndirib. Prosesi izləyən Qrem müdaxilə edərək köməkçisinin dediklərini təkzib etmək məcburiyyətində qalıb.

150 min dollar əvəzinə 60 minə razılaşıb

Maaş müzakirəsi də namizədin gözlədiyi kimi getməyib. Qrem illik 140-150 min dollar əməkhaqqı istəsə də, qarşı tərəfin virtual işə qəbul mütəxəssisi ən yüksək təklifin 90 min dollar olduğunu bildirib.

Viktor isə tələbi azaltmaqla kifayətlənməyib, illik cəmi 60 min dollara işləməyə razılıq verib.

Bir-biri ilə sağollaşmağı bitirə bilməyiblər

Ən maraqlı məqam görüşün sonunda baş verib. Qrem kompüterdən uzaqlaşaraq proqramların müstəqil danışmasına imkan yaradıb.

İki süni intellekt növbəti müsahibə mərhələsini razılaşdırdıqdan sonra təkrar-təkrar bir-birinə təşəkkür edib və xoş gün arzulayıb. Beləliklə, söhbəti bitirmək əvəzinə, davamlı sağollaşma dövrünə düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar