Mənzil İnşaat Dövlət Agentliyinın ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunub. MİDA-dan Lent.az-a verilən məlumata görə, kompleksinin mənzilləri 2 növ təmir ilə təmin edilir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillərin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur və aparılan təmirin keyfiyyətinə ciddi nəzarət edilir.
Yaşayış kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
Lent.az təmiri başa çatdırılmış ilk mənzillərin görüntülərini təqdim edən video-çarxı təqdim edir: