Sarı Saltuk Qazinin Balkanlara gəlməsinin 750-ci ildönümü münasibətilə İstanbulda “Sarı Saltuk Qazini anma simpoziumu və Saltuknaməni tanıtım” toplantısı keçirilib. Simpozium təsəvvüf musiqisi ilə başlayıb. Lent. az-ın məlumatına görə, UKİD başqanı Musa Serdar Çələbi simpozium iştirakçılarını salamlayaraq, simpoziumun məqsədinin Sarı Saltuk Qazini anmaq və Saltuknaməni tanıtmaq olduğunu deyib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu simpozium "Kutlu Doğum Həftəsi" çərçivəsində keçirilməsi böyük önəm daşıyır: “Əhməd Yesevi, Sarı Saltuk Qazi, Seyid Yəhya Şirvani kimi böyük övliya, alim və mütəfəkkirlərin irsinin gənc nəsillərə tanıdılması və öyrədilməsi istiqamətində işlərin görülməsi vacibdir”.
Qeyd edək ki, tədbirdə bir çox ziyalılar iştirak edib.