Gizlədilən mobil telefonlar aşkar edilib
30 aprel 2018 13:55 (UTC +04:00)

Gizlədilən mobil telefonlar aşkar edilib

0

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Lent.az-ın Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy A3", 1 ədəd" Samsung Galaxy A5", 1 ədəd "Samsung Galaxy J1" 2017 markalı telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar