Motosikletlə maşın toqquşdu, xəsarət alan var
01 aprel 2018 20:40 (UTC +04:00)

Motosikletlə maşın toqquşdu, xəsarət alan var

0

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü rayonun Kəpənəkçi kənd sakini 1966-cı il təvəllüdlü Abdullayev Asif İnşallah oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.  Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirir. Faktla araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar