İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı
22 fevral 2018 10:50 (UTC +04:00)

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı

0

 

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, sellofana bükülmüş bir ədəd bağlamada təsiredici maddəsinin miqdarı 8 qram təşkil edən 200 həbdən ibarət "metadon" adlı dərman preparatı, sol ayağındakı corabının içərisindən isə 2 ədəd bükümdə xalis çəkisi 4,839 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, "metadon" adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar