“Bu günlərdə Bakıdakı 138 saylı bağçada baş verən zəhərlənmə faktına görə təəssüf edirəm. Eyni zamanda sevinirəm ki, uşaqlara heç bir ziyan dəyməyib”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bununla bağlı müvafiq qurumlar uyğun tədbir görüb. Nazir Misir Mərdanov bağçaların onların tabeçiliyində olan dövrdə belə bir hadisənin baş verməsini xatırlamadığını vurğulayıb.
Təhsil naziri təhsil müəssisələrində çipsi və qazlı içkilərin satışı ilə bağlı müvafiq qurumlar tərəfindən standartlar hazırlanmasından danışıb. Onun sözlərinə görə, bunlar hazır olduqdan sonra standartların tətbiqinə başlanacaq.