Nazirlər Kabinetinin "əməkdaşı"na cinayət işi açıldı
23 fevral 2013 12:37 (UTC +04:00)

Nazirlər Kabinetinin "əməkdaşı"na cinayət işi açıldı

0

 

Sumqayıtda özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən şəxs barəsində cinayət işi başlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adlarından istifadə etməklə özünü mövcud olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yardım Məsələləri üzrə Dövlət Komissiyasının üzvü kimi təqdim edib. Məlum olub ki, R.Həsənəlizadə dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33600 manat pul alıb.

 

 

Faktla əlaqədar cinayət işi başlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2705

Oxşar yazılar