Pakistanda xəstəxanada partlayış -  [b]ölən və yaralananlar var[/b]
02 yanvar 2018 05:10 (UTC +04:00)

Pakistanda xəstəxanada partlayış - [b]ölən və yaralananlar var[/b]

0

Pakistanın Pencab əyalətində xəstəxanada partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Attok şəhərində qeydə alınıb.

 

İlkin məlumata əsasən, xəstəxanada qaz balonu partlayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çoxu yaralanıb.

 

Binanın qismən uçduğu bildirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar