Paytaxtda bıçaqlanma
04 yanvar 2018 22:49 (UTC +04:00)

Paytaxtda bıçaqlanma

0

Bakıda bıçaqlanma olub. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

Hadisə nəticəsində 31 yaşlı Yusifov Akif Arat oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.

 

Vəziyyəti orta ağırdır.

 

Məlumata görə, A.Yusifov tanımadığı bir şəxslə mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı Sabunçu polisi araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar