Paytaxtda iki yanğın olub
28 aprel 2013 04:35 (UTC +04:00)

Paytaxtda iki yanğın olub

0

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Daha bir yanğın hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan dəmir köşkün içərisində geyim paltarları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 935

Oxşar yazılar