Bakıda oğurluqla məşğul olan yeniyetmələr tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da rayon ərazisindəki evlərin birindən 7 ədəd istilik radiatoru, 4 ədəd çılçıraq və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.