Polis şöbəsinə yeni rəis təyin edilib
27 aprel 2013 12:07 (UTC +04:00)

Polis şöbəsinə yeni rəis təyin edilib

0

Kürdəmir rayonuna yeni polis rəisi təyin edilib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub. 4-cü Polis Bölməsinə isə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi, polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3935

Oxşar yazılar