
Polis vətəndaşı son anda qatilin əlindən aldı
Məqsədi vətəndaşı öldürmək olan şəxsi polis zərərsizləşdirib.
İctimai təhlükəli əməl şəxsi münasibətlərin pozulması zəminində baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a məlumat verib. Xidmət rəisi bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib.
Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir. Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.
Onu da qeyd edək ki, bu hadisə ilə bağlı sosial mediada video görüntülər yayılıb. Həmin görüntülərdə R.Məmmədovun qanlar içində necə xilas olunduğu əks olunub.
Oxşar yazılar
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21
Qəbələdə FACİƏ: evdən meyit tapıldı
15 avqust 2025 , 09:37
Xaçmazda QANLI HADİSƏ: tanışını bıçaqladı
15 avqust 2025 , 09:23
Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılıb öldü
15 avqust 2025 , 08:38
Naxçıvanda AĞIR QƏZA: ölənlər var - VİDEO
15 avqust 2025 , 00:50
Qazaxda açıq ərazidə baş verən YANĞIN: söndürüldü-VİDEO
14 avqust 2025 , 20:58