Prezident İlham Əliyev Pərviz İsmayılzadəni Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısının digər bir sərəncamına əsasən, Rasim Rzayev də Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.