Qaçırdıqları avtomobillə Bakıya gələrkən yaxalandılar
05 sentyabr 2017 17:13 (UTC +04:00)

Qaçırdıqları avtomobillə Bakıya gələrkən yaxalandılar

0

Tərtər rayonunda avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 3-də Tərtər rayonunun Sarov kəndindən Kamran Abdullayevə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. Görülmüş tədbirlərlə həmin gün hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Təmkin Abdullazadə və Saatlı rayon sakini Nurlan Məmmədov qaçırılmış avtomobillə birgə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar