
Yatan arvadını qantellə öldürən ərə qarşı CİNAYƏT İŞİ
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Lent.az-a verilən xəbərə görə, oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovun Şəki Rayon
Polis Şöbəsinə yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı, 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürməsi barədə verdiyi məlumat əsasında Nizami rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə)
maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Cəlilabadda ŞOK: yoldan çiyələk alan gənc oğlan qəfil öldü
16 avqust 2025 , 10:53
Bakıya xalasıgilə gələn qız itkin düşdü
16 avqust 2025 , 10:31
Zaqatalada müəmmalı ÖLÜM: kəndlinin meyiti tapıldı
16 avqust 2025 , 10:17
Bakıda evdə PARTLAYIŞ: yaralanan var
16 avqust 2025 , 09:38
Gəncədə şagirdin meyiti tapıldı
16 avqust 2025 , 09:29
Goranboyda yanğın törədən kəndli saxlanıldı
16 avqust 2025 , 09:23
Tovuzda zəlzələ oldu
16 avqust 2025 , 09:10