Qəhrəmanlar unudulmur - milli qəhrəmanlar İmamverdi Əliyev və Kazım  Məmmədov
30 sentyabr 2013 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - milli qəhrəmanlar İmamverdi Əliyev və Kazım Məmmədov

0

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir. 

 

 

Qəhrəmanlar unudulmur!

 

1 oktyabr Milli Qəhrəman İmamverdi Əliyev və Kazım Məmmədovun doğum günüdür.

 

İmamverdi Barat oğlu Əliyev 1950-ci il oktyabrın 1-də İmişli rayonu Qulubəyli kəndində anadan olub. O, milis (polis) zabiti kimi 1991-ci ildən cəbhə bölgələrində döyüşlərdə yaxından iştirak edib, 1991-ci il noyabrın 15-də Dağlıq Qarabağın Şadax kəndi uğrunda 17 nəfər yoldaşı ilə düşmənin 100-dən artıq qüvvəsinə qarşı döyüşə girib, 10 saat çəkən döyüşdə onlarla erməni yaraqlısını məhv edib, xüsusi rəşadət göstərib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də ona Milli Qəhrəman adı verilib. İmişli rayonunda dəfn edilib. Rayonun küçələrindən biri və Qulubəyli orta məktəbi onun adını daşıyır. Rayon Daxili İşlər Şöbəsinin qarşısında büstü qoyulub.

 

 

 

 

 

 

Kazım Ərşad oğlu Məmmədov 1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olub. O, 1991-ci ilin fevralında Cəbrayılda milis (polis) sıralarına daxil olub, rayonun kəndlərinin düşməndən müdafiə olunmasında yaxından iştirak edib, 1991-ci il noyabrın 15-də ermənilərin Xocavənd rayonu Zamzur kəndinə hücumunun qarşısını almaq üçün kiçik dəstə ilə döyüşə girib, özünə istehkam seçdiyi evdə axıra qədər vuruşub, onlarla düşməni məhv edib, ermənilər onun təslim olmadığını görüb evə od vurublar, qəhrəman əsgər orada həlak olub. 1992-ci il oktyabrın 8-də ona Milli Qəhrəman adı verilib.

Böyük Mərcanlı kəndində dəfn edilib. Oxuduğu məktəbə onun adı verilib, məktəbin qarşısında büstü qoyulmuşdu. Adına 3 mükafat təsis edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 743

Oxşar yazılar