Rustavidə Azərbaycan nömrəli maşın yandı
12 iyul 2017 03:45 (UTC +04:00)

Rustavidə Azərbaycan nömrəli maşın yandı

0

Gürcüstanda Azərbaycan nömrə nişanlı minik avtomobili yanıb.

 

APA-nın "İnfo Rustavi" saytına istinadən verdiyi məlumata görə, hadisə Rustavi şəhərindən "Sınıq körpü" sərhəd keçid məntəqəsinə gedən yolda baş verib.

 

“90 XD 929” dövlət nömrə nişanlı BMW X5 markalı avtomobilində baş verən yanğının səbəbləri barədə məlumat verilmir. Yarım saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar