
Qubada oğurladıqları qoyunları Sumqayıtda satdılar
Qusar rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə 11 baş xırda və iri buynuzlu heyvan oğurlayaraq zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vuran şəxsləri saxlayıblar.
DİN-in mətbuat midmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan tədbirlər nəticəsində onların törətdikləri başqa oğurluq hadisələrinin də üstü açılıb. M.Məmmədquliyev və Z.Tağıyev Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayıblar.
Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Oxşar yazılar

Bakıda DƏHŞƏT: qadın səhər tezdən özünü öldürdü
3 may 2025 , 11:06
Bank kartlarından 14 min manatdan çox pul oğurladılar
3 may 2025 , 10:05
Polisdən Sarayda ƏMƏLİYYAT - 10 nəfər saxlanıldı - VİDEO
3 may 2025 , 10:03
Qəbələdə kişi özünü asdı
3 may 2025 , 09:28
Astara gömrüyündə ƏMƏLİYYAT: qarpızların içinə görün nə doldurdular?
3 may 2025 , 09:25
Şirvanda ağır qəza, bir ailənin 4 üzvü...
2 may 2025 , 23:44
70 yaşlı qadın sirkə turşusu içib öldü
2 may 2025 , 22:34