Bakıda yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 30 m2 olan köməkçi tikilinin bir otağının yanar konstruksiyaları və əşyalar 10 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.